21 noyabr 2017 22:39
696

Qaliblər mükafatlandırılıb

Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunan intellektual yarışın mükafatlandırma mərasimi keçirilib.

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev YAP-ın 25 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü problemlərinin həllində müstəsna xidmətlərindən danışıb. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıb.

Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Gəncədə gənclər üçün yaradılan şərait, həyata keçirilən layihələr haqqında geniş məlumat verib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən üzvlər arasında üstünlüyü gənclərin təşkil etməsi onlara olan diqqət və qayğıdan qaynaqlanır.

Sonda qalib komandalar və fəal gənclər fəxri fərman, qiymətli  hədiyyələrlə mükafatlandırılıb, xatirə şəkli çəkilib.

Zamin Məmmədov,

“İki sahil”