19 aprel 2018 14:34
803

Cari ildə 119,2 min ton diri çəkidə ət istehsal edilib

Cari ilin birinci rübündə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın baş sayı 22,7 min baş azalaraq, 2 milyon 684,1 min baş, qoyun və keçilərin baş sayı 126,3 min azalaraq 8 milyon 659,2 min baş olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə diri çəkidə 119,2 min ton ət, 458,2 min ton süd, 434,6 milyon ədəd yumurta, 51,7 min ton tərəvəz istehsal olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 2,1 faiz, tərəvəz istehsalı isə 2,3 dəfə artıb.

Keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 63,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artıb.