10 may 2024 17:45
550

Böyük Britaniya iqtisadiyyatı üçün ŞAD XƏBƏR

Böyük Britaniya iqtisadiyyatı tədricən tənəzzüldən çıxır. Britaniya Milli Statistika İdarəsi (ONS) ÜDM-in birinci rübdə əvvəlki üç ayla müqayisədə 0,6% artdığını bildirib. Bu, 2021-ci ilin sonundan bəri ən yaxşı göstəricidir. İqtisadçılar birinci rübdə 0,4 faiz artım pronozlaşdırırdılar. Təkcə mart ayında artım həm xidmət, həm də istehsal sektorunda canlanma sayəsində gözləntilərdən xeyli yüksək olaraq 0,4% təşkil edib.

Ən pis dönəm geridə qaldı?

ABŞ-nin bank sektorunun ən böyük audit şirkəti olan KPMG-nin Böyük Britaniya üzrə iqtisadçısı Yael Selfin bildirib ki, Böyük Britaniya iqtisadiyyatında ən pis dönəm geridə qaldı: “Gələcəyə hesablanmış göstəricilər fikrimizcə ardıcıl olaraq, gələcək aylarda daha da sürətlənməyə işarə edir."

Rəqəmlər İngiltərə Bankının faiz dərəcələrini nə vaxt azaldacağı ilə bağlı qiymətləndirmələri çətinləşdirə bilər. Çünki daha güclü artım inflyasiya təzyiqlərini gücləndirə bilər.

Əgər faiz endirimləri edilməsə...

Mərkəzi ofisi Londonda yerləşən, dünyanın ən böyük bank və maliyyə xidməti göstərən təşkilatlarından biri olan HSBC-nin baş iqtisadçısı Liz Martins mövzu ilə bağlı “Bloomberg” radiosuna bunları deyib: "Bu ilin əvvəlindən bəri baş verən bütün hadisələr işin nəhayət yüksəlməyə başladığını göstərir. Narahatlıq odur ki, əgər bu faiz endirimləri edilməsə, dirçəlmənin təməlini zəiflədəcək və bəlkə də geriləmə daha sürətli olacaq.”

Orxan Vahidoğlu, "İki sahil"