18 aprel 2018 19:12
974

Gümrüdə də iğtişaşlar başladı

Polis Sarkisyan tərəfdarlarını qovur

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərlə polis arasında toqquşmalar artıq başqa şəhərlərdə də başlayıb.

Trend-in məlumatına görə, toqquşmalar Gümrü şəhərində qeydə alınıb.

Mitinqə çıxanlar şəhərin mərkəzi küçələrini bağlamağa cəhd göstəriblər. Lakin polis bunun qarşısını ala bilib.

Etiraz aksiyaları təhsil müəssisələri önündə də davam edib.