22 sentyabr 2017 22:04
716

Dünyanın ən varlı qadını vəfat etdi

L “ Oreal kosmetika şirkətlər qrupunun  yaradıcısının qızı Lilian Betankur  94 yaşında dünyasını dəyişib.

“Forbes” jurnalının qiymətləndirməsinə görə, Betankurun sərəvətinin dəyəri 44 milyard 600 milyon dollar dəyərindədir.  Belə bir sərvət Betankurun dünyanın ən varlı qadını hesab olunmasının sübutudur.

Lilian Betankur 1957 - ci ildə atası Ejena Şyullerin ölümündən sonra L “ Oreal şirkətlər qrupunun varisi olub. O, şirkətin aksiyasının 30%- dən çoxuna sahib idi.

Öz yaxın dostuna 1 milyard dollar dəyərində vəsait bağışlayan Betankurun yeganə qızı Fransuaz Betankur - Mayers məhkəməyə müraciət edərək anasının bu hərəkətinin iş bacarığının zəifləməsi  ilə əlaqəli olduğunu bildirib. 2011 - ci ildə məhkəmə onun irəli sürdüyü arqumentlərlə razılaşaraq Betankur üzərində qəyyumluğu onun qızına və iki nəvəsinə verib.

 L “ Oreal şirkətinin təməli 1909 - cu ildə qoyulub və bu şirkət kosmetika  vasitələri istehsal edən ən məşhur şirkətlərdən biri hesab olunur. L “Oreal məhsulları 140 - dan çox ölkədə satılır və onun 2016 - cı ildəki gəliri 25 milyard 800 milyon avro dəyərində qiymətləndirilib.

Könül Əliyeva, "İki sahil"