22 sentyabr 2017 21:01
707

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Ölkəmizdə dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket və “MB-58” dəniz yedək gəmiləri sentyabrın 22-də Bakı limanını tərk edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəlmişdilər.

Səfər çərçivəsində gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri ilə görüşüb və Azərbaycan Ali Hərbi Məktəbində tədris prosesi ilə tanış olublar.

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşü keçirilib.