21 sentyabr 2017 23:11
594

Pakistan heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

Pakistan HHQ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Aviasiya marşalı Sohail Aman “Assimetrik hərbi əməliyyatlar zamanı HHQ-nin tətbiqi” mövzusunda akademiya dinləyiciləri qarşısında mühazirə ilə çıxış edib.