21 sentyabr 2017 00:16
441

Serj Sarkisyan yenə də sərsəmlədi

Prezident İlham Əliyev işğalçı ölkənin rəhbərini faktlarla ifşa etdi

Ermənistan prezidenti Serj Sarkisyan yenə sərsəm fikirləri ilə dünya ictimaiyyətini çaş-baş salmağa çalışıb. Belə ki, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 72-ci sessiyasında da çıxışı zamanı bu dəfə də rəzil əməllərinə sadiq qalaraq Azərbaycan və Türkiyədən şikayətlənib. Xüsusi ilə

çıxışında həyasızlığın kulminasiya nöqtəsinədək yüksələrək işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası”  rejimini müstəqil göstərməyə cəhd edib. O, özünü erməni  axçilərinin prototipi səviyyəsinə salaraq arada vay-şivən salmağı da unutmayıb. Dünyanı öz cəfəng və sərsəm iddilarına inandırmağa cəhd edərək bildirib ki, “Qarabağ xalqı”nın vəziyyəti dözülməz səviyyədədir. Eyni zamanda o ermənilərin Azərbaycanın hərbi gücündən qorxduqlarını etiraf edərək, ondan qorunmaq üçün dünyaya yalvarıb.

Əlinə fürsət düşmüşkən BMT tribunasından türk dünyasına, xüsusən də qardaş Türkiyə Cümhuriyyətinə qarşı içindəki çirkabı axıdıb. Serj Sarkisyan qondarma “erməni soyqırımı”na görə Türkiyəni ittiham edib. Həmçinin Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı 2009-cu ildə imzalanan Sürix protokollarının yerinə yetirməməsindən şikayətlənib.

Burada haqlı sual yaranır: əgər Türkiyə kimi qüdrətli bir ölkə ilə iqtisadi-siyasi əməkdaşlıq etmək niyyətindəsənsə nə üçün bu ölkəyə qarşı iftira və böhtanlarını dayandırmırsan?

Demək, Serj Sarkisyanın Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı 2009-cu ildə imzalanan Sürix protokollarının yerinə yetirilməsi istəyində  heç bir səmimiyyət yoxdur və bu, dünya birliyini növbəti dəfə aldatmağın riyakar erməni üsuludur.

O, çıxışında bildirib ki, Sürix protokolunun yerinə yetirilməməsi üçün Ankara bizə qarşı ilkin şərtlər irəli sürür”. Bu şərtlər isə  Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlıdır. Təbii ki, Türkiyə dövləti bu iddiasında tam olaraq haqlıdır. Ona görə ki, heç bir sivil dövlət işğalçı ölkə ilə iqtisadi-ticari və siyasi əməkdaşlığı qəbul edə bilməz.

Burada bir məqam da xüsusi qeyd edilməlidir ki, Ermənistan hətta Türkiyə kimi böyük bir dövlətə avanturistcəsinə ərazi iddiası irəli sürür. BMT-dəki çıxışında Sarkisyan o qədər ifrata varır ki, Türkiyəni növbəti dəfə hədələyərək bildirr ki, əgər belə davam etsə 2018-ci ildə Ermənistan Sürix protokollarını dəyərsiz hesab edəcək.

Qeyd edək ki, Sarkisyan sonuncu dəfə 2015-ci ildə BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak edəndə də bu kimi qeyri-ciddi çıxışlar etmişdi. Həmin çıxışında da beynəlxalq sülh və təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə  danışan Sarkisyan guya Ermənistanın beynəlxalq sülhün təmin olunmasına töhfə verə biləcəyini bildirmişdi. Həmçinin Azərbaycana yönəlik hədələyici xarakterli ifadələr səsləndirmişdi. Bu minvalla dünya ictimaiyyətini açıq-aşkar aldatmağa çalışmışdı. Əlbəttə, beynəlxalq hüquqla tanınmış ərazilərimizi işğal edən bir ölkənin beynəlxalq sülhyaratma əməliyyatlarına hansısa töhfə verəcəyindən danışmaq gülüncdür.

BMT-nin o zamankı baş katibi Pan Gi Mun Sarkisyanın sözügedən çıxışına reaksiya vermədi. Halbuki, BMT-nin qəbul etdiyi 4 qətnaməni həyasızcasına həyata keçirməyən bir ölkəni təmsil edən dövlət başçısının sərsəm fikirlərinə reaksiya verilməli idi. Ən azından soruşulmalı idi ki, qətnamələr nəyə görə yerinə yetirilmir? Bu zaman Sarkisyan Ermənistanın sülhə töhfə verə biləcəyi adı ilə beynəlxalq ictimaiyyəti aldada bilməzdi.

Maraqlıdır, Sarkisyan bu dəfə də bənzər çıxış etdi. Bəs  görəsən BMT-nin hazırkı baş katibi Antonio Quterreş onun bu sərsəmləmələrinə necə reaksiya verəcək?

Ola bilsin ki, BMT baş katibi Antonio Quterreş Sarkisyanın bu çıxışına hansısa formada sərt reaksiya versin. Ona görə ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və ölkələrin ərazi bütövlüyü bu qanunların təməl prinsipidir. Lakin təssüflər olsun ki, Serj Sarkisyanı bu cür sərsəm çıxışlara ruhlandıran dünyadakı ikili standartlardır. Bir çox hallarda beynəlxalq qurumlar bu məsələdə həmişə olduğu kimi, qətiyyət nümayiş etdirmirlər. Halbuki, uzun illərdir Ermənistanın Azərbaycana yönəlik işğalçılıq siyasəti davam edir. Ermənistan prezidenti dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüququ ələ salır. Ancaq nədənsə, qəbul olunan qətnamələrin yerinə yetirilməsi tələb olunmur. Başqa bir tərəfdən, BMT-nin nüfuzu son illər xeyli aşağı düşüb. Faktiki olaraq sözügedən qurum böyük dövlətlərin alətinə çevrilib. Təhlükəsizlik Şurası üzvlərinin bir sıra məsələlərdə öz maraqlarından çıxış edərək uzlaşa bilməməsi qurumu hörmətdən salıb”.

Ancaq bununla belə Serj Sarkisyana BMT-nin bu ali tribunasından ciddi cavablar verilb. Xüsusi ilə Prezident İlham Əliyev bu sessiyadakı çıxışı zamanı həmişəki kimi Ermənistan rəhbərliyini  ciddi arqumentlərlə ifşa edib. Ölkəmizin başçısı Xocalı soqırımında birbaşa iştirakçı olan Serj Sarkisyanı və onun ölkəsini bölgədə sülhə və sabitliyə təhlükə mənbəyi adlandırıb. O qeyd edib ki, artıq bir çox ölkə Xocalı soqırımını tanıyıb. Bu isə o deməkdir ki, Ermənistan işğalçı və terrorçu ölkədir. 

Prezident çıxışında BMT-nin məlum dörd qətnaməsini xatırladaraq dünya birliyini işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb. O bildirib ki, bu gün Azərbaycanın 20 faizi ərazisi Ermənistan ordusunun işğalı altındadır. Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Onların doğma torpaqlarına qayıtmaları üçün beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə son qoyumağa nail olmalıdırlar. Bunun üçün ikili standartlara yox deyilməli və münaqişələr beynəlxalq hüquq prisplərinə uyğun həll edilməlidir.

Prezident İlham Əliyev sessiyada Azərbaycanın bölgədəki nüfuzundan, sabit ölkə olmasından danışaraq bildirib ki, bu bəzi antiazərbaycan qüvvələri ciddi şəkilldə narahat edir. Ancaq buna rəğmən biz bu gün də beynəlxalq sülhə və əmin amanlığa bir dövlət kimi hər cürə dəstək göstərməyə hazırıq.

Təbii ki, bu qürurverici hadisədir ki, Prezident İlham Əliyev sessiyadakı möhtəşəm  çıxışın ilə Ermənistanı və onu himayə edən qüvvələri çox ciddi faktlar qarşısında susdurmaqla, inkişaf edən, demokratikləşən Azərbaycanı dünyaya bir daha tanıtmış oldu. 

Bütün hallarda erməni riyakarlığı ayaq tutsa da yerimir. Ona görə ki, haqq və ədalət, inkişaf və qüdrət məhz Azərbaycanla qardaş Türkiyənin tərəfindədir. Bu bir gerçəklikdir ki, indi bütün dünya bu iki dövlətin iqtisadi və hərbi qüdrəti ilə hesablaşır.

Elçin Zaman, “İki sahil”