“Neft Daşları” yatağında “ZJ-30” qurğusu ilə qazma işi görüləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilir ki, SOCAR-ın Kompleks Qazma İşləri Trestinin “Neft Daşları” yatağında quraşdırdığı yüksək texniki göstəricilərə malik “ZJ-30” tipli qazma qurğusu ilə artıq iki dəfəyə yaxın daha sürətli və keyfiyyətcə daha üstün qazma işi həyata keçiriləcək.