19 mart 2026 15:51
127

“ProEx in Finance” proqramı çərçivəsində ilk təlim sessiyası təşkil olunub.

“ProEx in Finance” proqramı çərçivəsində cari ildə ilk təlim sessiyası təşkil olunub.

“İki sahil” xəbər verir ki, SOCAR-ın təşəbbüsü ilə “Birləşmə və satınalma proseslərində şirkətlərin qiymətləndirilməsi, kompleks hüquqi araşdırma və məlumatların təhlili zamanı qarşıya çıxan əsas çətinliklər” mövzusuna həsr olunan sessiya interaktiv formatda keçirilib. 

Təlimdə real biznes nümunələri əsasında aparılan təhlillər vasitəsilə iştirakçıların praktiki bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi hədəflənib.

Sessiya Nobel Qardaşları Ev Muzeyində keçirilib.

Tarixi məkanın seçilməsi proqramın məzmununu tamamlayaraq iştirakçılara həm peşəkar biliklərini zənginləşdirmək, həm də sənaye irsi ilə daha yaxından tanış olmaq imkanı yaradıb.