09 iyul 2018 20:36
1288

Bu vaxtadək dünya bazarına 482 milyon ton Azərbaycan nefti göndərilib

İndiyədək 482 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

O bildirib ki, bu həcmin 362 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.