10 iyul 2018 18:00
1235

“SOCAR Polymer Investments”ə 50 milyon dollaradək kapital qoyuluşu həyata keçirilib

Bu il səhmdarlar “SOCAR Polymer Investments” MMC-yə 83 milyon manat kapital qoyuluşu həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında deyilir.

Bildirilir ki, hesabat tarixindən sonrakı dövr ərzində “SOCAR Polymer Investments” MMC-nin digər səhmdarları olan “Vitol Black Sea V.L.L” MMC və “Ecoland” MMC “SOCAR Polymer Investments” MMC-nin nizamnamə kapitalına müvafiq olaraq 61 milyon manat (36 milyon ABŞ dolları) və 22 milyon manat (13 milyon dollar) məbləğlərində əlavə kapital qoyuluşları edib.