10 iyul 2018 18:05
866

“STAR Refinery” MMC-yə 60 milyon dollar kapital qoyuluşu edilib

Cari ildə “STAR Refinery” MMC-nin səhmdarları 102 milyon manat məbləğində kapital qoyuluşları edib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında deyilir.

Bildirilir ki, hesabat tarixindən sonrakı dövr ərzində “STAR Refinery” MMC-nin səhmdarları 102 milyon manat (60 milyon ABŞ dolları) məbləğində kapital qoyuluşları edib, bu da akkreditivlərin qalığını 772 milyon manat (454 milyon dollar) məbləğinə qədər azaldıb.