10 iyul 2018 18:09
908

“Azəri-Çıraq-Günəşli”nin podratçıları SOCAR-a 340 milyon dollaradək vəsait ödəyib

“Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin podratçı tərəfləri bu il SOCAR-a 339 milyon dollar debitor borcları ödəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında deyilir.

Bildirilir ki, hesabat tarixindən sonrakı dövr ərzində SOCAR və onun törəmə müəssisələri AÇG-nin podratçı tərəflərindən 578 milyon manat (339 milyon ABŞ dolları) qəbul edib.