18 iyul 2018 22:52
2541

Gözəllik dünyanı xilas edəcək

 Qadınlar bütün dövrlərdə gözəl görünməyə can atıblar və bu məqsədlə əllərindən gələni etməyə hazır olublar. Məlumdur ki, hər dövrün öz gözəllik anlayışı və öz dəbi olub. Aşağıdakı məqalədə gözəlliklə bağlı maraqlı məlumatlarla tanış ola bilərsiniz:

1. Orta Asiyada bitişik qaşlı qadınlar gözəllik etalonu sayılırmış
Məşhur meksikalı rəssam Fridı Kalonun çoxsaylı rəsm əsərləri ilə tanış olan hər kəs bu faktdan xəbərdardır. Ortadan birləşən qaşlar gözəllik simvolu hesab edilirdi. Hələ kiçik yaşlardan qızların qaşlarının arasına tük gəlməsi üçün müxtəlif bitki yağları sürtülürdü. Bu gözəllik standartı hazırda Tacikistanın bəzi kənd yerlərində qalmaqdadır. 

2. Gözüstü kölgələrdən Qədim Misirdə mikroblardan qorunmaq üçün istifadə edilirdi
 Nil sahillərində isti hava bakteriyaların artmasına şərait yaradırdı. Buna görə də orada demək olar ki hamı-kişilər və qadınlar gözlərini bakteriyalardan və günəşdən qorumaq məqsədilə gözlərinin üstünü qara kölgə ilə boyayırdılar.

3. XIX əsrə qədər qadınlara dodaq boyasından istifadə etmək qadağan idi
 Orta əsrlərdə dodaq boyasından istifadə etmək yaxşı iş sayılmırdı. Buna görə də qadınlar rəng vermək üçün adətən dodaqlarını dişləyirdilər. Əksinə həmin vaxtlar kişilər pomadadan istifadə edirlərmiş. Kralın ətrafında olan gənclər bığ və saqqalın arasından dodaqlarının seçilməsi üçün dodaq boyasından istifadə edə bilərdilər. 
 
4. Həddindən artıq gözəl bir şey insanı xəstələndirə bilərmiş
 
Bu xəstəlik Stendal sindromu adlandırılır. XIX əsrdə yaşamış fransız yazıçısı Stendal “Neapol və Florensiya: Milandan Recioya səyahət” kitabında özünün Florensiyaya səfəri zamanı keçirdiyi hissləri təsvir edib. Bu psixi narahatlıq zamanı insan başgicəllənmə, hallisunasiya hiss edir, ürək döyüntüləri artır. Simptomlar insan çox gözəl bir sənət əsəri, təbiət, insan və s. önündə olarkən baş verir. 
 
5. İlk dünya gözəllik müsabiqəsi 1888-ci ildə Belçikada baş tutub
 
19 sentyabr 1888-ci ildə Belçikanın Spa adlı kurort şəhərində ilk dünya gözəllik yarışının finalı keçirilib. Bağlı qapılar arxasında keçirilən yarışın jüri heyəti yalnız kişilərdən ibarət olub. 21 nəfər arasından Qvadalupedən olan 18 yaşlı Berta Sukare qalib seçilib və əsas mükafatı-5000 frank məbləğində pulu qazanıb. 

 6. Manikürün yaradıcısı Kleopatra hesab edilir
 
 Dırnaqlara qulluq və manikürü ilk dəfə Kleopatra fikirləşib. Həmin vaxtlar rəngli dırnaqlar yalnız Misirin məşhur şəxslərində oladı və baxımlı dırnaqlar zənginlik simvolu hesab edilirdi. Rəvayətə görə, Misirdə manikür dəsti ancaq qızıldan hazırlanırmış.

7. Maks Faktor- Rusiyalı imiş
 

 Maksimilian Abramoviç Faktoroviç –Maks Faktorun əsl adıdır. Məşhur “Max Facor” firmasının yaradıcısı sən demə rus imiş. ABŞ-a köçməmişdən əvvəl, 16 yaşından o Rusiyanın “Bolşoy Teatr”ında qrim ustasının köməkçisi, daha sonra 10 il II Nikolayın sarayında kosmetik məhsullar üzrə ekspert işləyib. ABŞ-a immiqrasiyadan sonra Maks Faktor öz kosmetika markasını yaradaraq dünyada məşhurlaşır. Məşhur “makeup”, suyadavamlı qrim və “platin” blondu terminləri ona məxsusdur.

Nubar Süleymanova,

“İki sahil”