12 aprel 2026 16:17
173

UBOC və COS "Neptun" qurğusunun "Ümid" yatağında fəaliyyətinin davam etdirilməsinə dair sənəd imzaladılar

UBOC və Caspian Oilfield Service (COS) arasında "Neptun" özüqalxan qazma qurğusunun "Ümid" yatağında fəaliyyətinin 2027-ci ilin sonunadək davam etdirilməsinə dair sənəd imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə UBOC məlumat yayıb.

"Hazırda "Neptun" "Ümid" yatağının cənub qanadında SOCAR və "Ümid" yatağı tarixində ən dərin quyu olan 7,000 metrdən artıq dərinlikdə sualtı qiymətləndirmə quyusunun qazılmasını davam etdirir. Bu, Xəzər regionunda ilk dəfə özüqalxan qurğu ilə həyata keçirilən sualtı qazma əməliyyatıdır.

Bu layihə çərçivəsində qazanılan təcrübə dəniz qaz hasilatının sürətləndirilməsinə, mövcud ehtiyatların daha dərindən öyrənilməsinə, eləcə də UBOC-un qazma mühəndisliyi komandasının sualtı əməliyyatlar üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verir.

"Ümid"in inkişafının növbəti mərhələsinə keçdiyimiz bu dövrdə COS ilə əməkdaşlığımız nəticələrimizin əsas dayaqlarından biri olaraq qalır", - UBOC-dan bildirilib.