24 iyul 2018 21:38
1007

SOCAR-da “Xilas edən matros” vakansiyası üzrə peşə sınağı keçirilib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində (DİHMÜTM) şirkətin “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətinin sifarişinə uyğun “Xilas edən matros” vakansiyası üzrə peşə sınaq imtahanı keçirilib.

AZƏRTAC TTSİ-yə istinadla xəbər verir ki, “Xilas edən matros” vakansiyası üzrə peşə sınaq imtahanı SOCAR-ın İnsan Resurslarının Departamentinin nümayəndələrinin, TTSİ-nin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssisinin, böyük dalğıc mütəxəssisinin, dalğıc matroslarının və Dalğıc Xidmətinin müvafiq mütəxəssisinin iştirakı ilə keçirilib.

“Xilas edən matros” vakansiyası üzrə peşə sınaq imtahanına müraciət edən hər bir namizəd müvafiq təlimatlara uyğun praktiki olaraq müvafiq komissiyanın iştirakı ilə aşağıdakı praktiki normativlərin icrasına cəlb olunublar: su üzərində 200 metr məsafəni sərbəst üsulla üzmək (3-5 dəqiqə ərzində); su üzərində sərbəst üsulla qalmaq (3-5 dəqiqə ərzində); su altında sərbəst üsulla üzmək (20-30 metr); dərinlikdə olan manikenin su üzərinə qaldırmaq (4 metr); su üzərində manikenin nəqli (25-35 metr).