26 iyul 2018 18:09
1259

SOCAR AQŞ və "KCA Deutag" birgə müəssisə yaradırlar

SOCAR AQŞ və "KCA Deutag" beynəlxalq neft-servis şirkəti birgə müəssisə yaradırlar.

Trend-in məlumatına görə, bu gün Bakıda tərəflər arasında birgə müəssisənin təsis olunması haqqında müqavilə imzalanıb. Müqaviləni SOCAR-AQS-ın baş direktoru Ramin İsayev və "KCA Deutag"ın baş direktoru Norri Makkey imzalayıblar.

"KCA Deutag" nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə, o cümlədən Qazaxıstanda BP şirkətinin əsas podratçılarından biridir.

Qeyd edək ki, "KCA Deutag" Azərbaycanda artıq 20 ildir fəaliyyət göstərir. Şirkətin baş ofisi Aberdində yerləşir.