SOCAR üzrə neft hasilatı 3,6 faiz artıb.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, cari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı birinci rüblə müqayisədə 3,6 faiz artaraq 1,9 milyon tona yüksəlib. Altı ay ərzində isə SOCAR üzrə 3,7 milyon ton neft hasil olunub.
Ölkə üzrə cari ilin birinci yarısında ümumilikdə 19,38 mmiyon ton neft hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2 faiz artım deməkdir.