27 iyul 2018 16:36
963

Yarım ildə SOCAR 3,2 milyard kubmetr qaz hasil edib

SOCAR üzrə təbii qaz hasilatı 5,3 faiz artıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, bu ilin ikinci rübündə SOCAR üzrə qaz hasilatı birinci rüblə müqayisədə 5,29 faiz artaraq 1,66 milyard kubmetrə çatıb. Birinci yarım ildə SOCAR üzrə 3,2 milyard kubmetr qaz hasil olunub.

Cari ilin altı ayı ərzində ölkə üzrə isə ümumilikdə 14,36 milyard kubmetr qaz hasil edilib. Yarım ildə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artıb.