SOCAR cari ildə 80 min metrə yaxın quyu qazıb.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, SOCAR üzrə hasilatın stabilləşməsi və artırılması strateji əhəmiyyətli yataqlarda həyata keçirilən kompleks tədbirlər planı ilə bağlıdır. Bu istiqamətdə qazma işlərinin artırılması da mühüm yer tutur. Bu ilin yanvar-iyun aylarında 80 min metrə yaxın quyu qazılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz daha çoxdur. Qazma işlərinin 39 min metrdən artığı cari ilin ikinci rübünün (aprel-may-iyun) payına düşür.