27 iyul 2018 17:05
950

SOCAR-ın neft məhsulları ixracında 19 faiz artım olub

SOCAR neft məhsullarının ixracını 19 faiz artırıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, bu ilin ikinci rübündə SOCAR üzrə neft məhsullarının ixracında 19 faiz artım qeydə alınıb. Yəni ötən ilin aprel-may-iyun aylarında 350 min tona yaxın neft məhsulu ixrac olunub, bu il isə həmin göstərici 410 min tondan yüksək olub. Bu dövrdə dizel yanacağının ixracı təqribən 48 faiz, mütləqləşdirilmiş izopropil spirti 69 faiz, maye piroliz qətranı 27 faiz, propilen 30 faiz, butilen butadien fraksiyasının ixracı 37 faiz artıb.