27 iyul 2018 21:02
1358

Yeni Göyçə kəndinə ilk dəfə təbii qaz verilib

İyulun 27-də Şəmkir rayonunun Yeni Göyçə kəndinə təbii qazın verilib. “Azəriqaz”İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 452 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 61 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış məntəqəsində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Qeyd edək ki, hazırda Şəmkir rayonunun Qaracəmirli kəndinin genişlənən hissəsində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatdırılaraq təbii qazın verilişi təmin ediləcək.

 Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.