28 iyul 2018 15:31
1934

BP yeni planlarını açıqlayıb

 Neft nəhəngi BP şirkətinin Trinidad və Tobaqo üçün uzunmüddətli planı növbəti on il ərzində doqquz yeni ərazinin istismarı və 8 milyard dollardan artıq vəsaitin yatırılmasından ibarətdir.

 “offshoreenergy.com” saytı xəbər verir ki, BP-nin Trinidad və Tobaqo qolu olan “BPTT”nin prezidenti Klaire Fitzpatrik bu ölkədə qaza olan tələbatın hələ bir neçə onillik davam edəcəyini və məhz bu baxımdan Trinidad və Tobaqonun BP üçün əhəmiyyətli olduğunu bildirib. “Bizim sənayemiz qlobal olaraq sürətlə inkişaf edir, rəqabətə davamlı və müvəffəqiyyətli olması üçün gələcək sərmayələrlə əməliyyatlarımızı fəal saxlamalıyıq”,-deyə Fitzpatrik bildirib.

 Qeyd edək ki, BP Trinidad və Tobaqodakı əməliyyatlarda ən müasir texnologiyalardan istifadə etməklə təhlükəsizliyi təmin etmək və səmərəliliyi artırmaq niyyətindədir.

Nubar Süleymanova,

“İki sahil”