28 iyul 2018 15:35
1211

Proqnozlar yüksəlib

 Rusiyanın gündəlik neft hasilatı 551 milyon tona çatacaq. Bundan əvvəlki proqnozlardan 3,5 milyon ton artıq olan bu göstərici son otuz ilin ən yüksək hasilat  göstəricisi olacaq. Məlumatı ölkənin energetika naziri Aleksandr Novak açıqlayıb.

“Çox şey bazarın dinamikasından asılıdır”,-deyə nazir vurğulayıb.

 O bildirib ki, Rusiya və OPEK-in ötən ay hasilatla bağlı birgə razılaşmasına əsasən, Rusiya 2019-cu ildən hasilatı günə 555 milyon tona çatdırmağı qərara alıb. Xatırladaq ki, OPEK və Rusiya son vaxtlar yalnız qlobal olaraq hasilatın aşağı salınmasının tərəfdarı idilər. Hasilatın dünya miqyasında azalması may ayından etibarən neftin bir barelinin qiymətinin 80 dollara qədər yüksəlməsinə səbəb oldu.

Nubar Süleymanova,

“İki sahil”