01 avqust 2018 22:48
1672

“BP Azerbaijan” altı ayda SOCAR-a 1,1 milyard kubmetr səmt qazı verib

Cari ilin iki rübü ərzində “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,1 milyard kubmetr səmt qazı təhvil verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Bu barədə AZƏRTAC-a “BP Azerbaijan”dan məlumat verilib.