04 avqust 2018 00:35
1160

Əri ilə dalaşdı, "gərəksiz" qızını pəncərədən atdı

Qeyri-rəsmi nikahda yaşadığı əri ilə dalaşan 23 yaşlı qadın 3 aylıq qızını pəncərədən atıb. Uşaq sağ qalsa da, başından çox ağır travmalar alıb. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.

Olay Tatarıstandakı Çistopol şəhərində baş verib. 23 yaşlı Angelina Korneyeva 3 aylıq qızı Tatyananı ikinci mərtəbədəki mənzilin pəncərəsindən aşağı atıb.

Asfalta düşən körpə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Polisdən verilən məlumata görə, A.Korneyeva qeyri-rəsmi nikahdakı əri və iki uşağı ilə birlikdə rəfiqəsinin evinə qonaq getmişdi. Orada əri ilə içib sərxoş olan A.Korneyeva dava salıb.

Kiçik qızının nə ona, nə də ərinə gərək olmadığın deyən ana balaca Tatyananın ayaqlarından tutaraq aşağı atıb.