07 avqust 2018 00:08
1212

Dünyanın ən böyük aynası

Boliviyadakı Salar de Uyuni adlı göl 10,582 kv.km sahəsi ilə dünyanın ən böyük duz gölü hesab edilir.

Milli.Az xəbər verir ki, dəniz səviyyəsindən 3656 m yüksəklikdə yerləşən ərazi kifəyət qədər genişdir və səthi də düzdür. Bunun nəticəsində burada yığılan su böyük güzgüyə bənzəyən görüntü əmələ gətirir. 

Duz gölünün səthi olduqca düzdür, açıq geniş sahədədir və göy üzünün aydın müşahidəsi imkanı vardır. Buna görə dünyanın bir çox yerlərindən hər il minlərlə turist bu mənzərəni görmək üçün gölə səyahət edir. Bu göl həm də flaminqoların əsas köç etdiyi yerlərdən biridir.

Eyni zamanda göl Boliviyanın duz hasilatının əsasını təşkil edir. Mütəxəssislərin hesablamalarına görə, ərazidə 10 milyard tondan artıq duz ehtiyatı var. Lakin ildə bunun cəmi 25 min tonu çıxarılır.