06 avqust 2018 23:03
1141

Kanadada neft sızması

Kanadanın “Nova Scotia Power” şirkətinin  verdiyi məlumata görə, şirkətə məxsus  elektrik stansiyasından 5000 litr neft sızaraq Halifaks limanına tökülüb. Ərazi çirklənmədən təmizlənib. Şirkət sızmanın keçən həftənin cümə günü müşahidə olunduğunu bildirib  və sızmanın həcmi ilə bağlı xəbəri təsdiqləyib.   

“Nova Scotia Power” şirkətinin köməkçi şöbəsi “Halifaks- Emera Inc” şirkəti sızmanın yaranmasına  saxlama çənindən keçən borunun səbəb olduğunu və boruda problemin yarandığını bildirib.

Qeyd edək ki, sızmanın 95 %-i neft, qalanı isə sudan ibarətdir.

theglobeandmail.com