SOCAR-da fəhlə kadrlarının hazırlanması üzrə növbəti buraxılış imtahanı keçirilib.
AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Qobustan Regional Təlim Mərkəzində fəhlə kadrlarının hazırlanması üzrə 10 aylıq kurs keçən 76 şagirdin iştirakı ilə növbəti buraxılış imtahanı keçirilib.