Litvada mayeləşdirilmiş təbii qazın (LNG) satışına dair ilk tender keçiriləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Litvanın “GET Baltic” təbii qaz şirkəti “Klaipeda” LNG terminalında qazın satışı üçün tender təşkil edəcək. Tenderdə iştirak üçün son tarix avqustun 8-dir.
“GET Baltic”in nümayəndəsi Gintaras Buzkys deyib ki, belə tender Baltik ölkələrində ilk dəfə keçirilir: “Buna görə də Baltik ölkələrindəki təbii qaz bazarının bütün iştirakçılarını tenderdə iştiraka dəvət edirik”.