09 avqust 2018 15:41
828

ABŞ-ın neft ehtiyatları yenidən azalıb

ABŞ-ın xam neft ehtiyatları yenidən azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,4 milyon barrel (0,3 faiz) azalaraq 407,4 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,8 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 3,8 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 2,9 milyon barrel (1,3 faiz) artaraq 233,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,7 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2,5 milyon barrel azalmışdı.