Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 4 milyard 49 milyon 654 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, hesabat dövründə ixrac olunan təbii qazın dəyəri isə 749 milyon 713 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, keçən ilin yanvar-iyul aylarında ölkədən 3 milyard 831 milyon 705 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 669 milyon 181 min dollar olub.