Almaniyada tütün yetişdirilmə ənənəsi dörd əsrdən çox müddətdir ki, davam edir. Lakin iqlim şəraiti səbəbindən becərilməsinə intensiv qulluq və sərmayə tələb olunduğundan tütün indiyədək xüsusi bitki sayılır.
AZƏRTAC xəbər verir ki, builki isti yay mövsümündə tütün çox məhsuldar alınıb. Lakin yaddan çıxarmaq olmaz ki, siqaret çəkmək sağlamlığa ziyandır. Almaniyada tütün plantasiyalarının sahəsi 4600 hektara yaxındır. Bir hektar tütünün becərilməsinə təxminən 1000 iş saatı vaxt sərf edilir ki, bu da XIX əsrin sonları ilə müqayisədə 4 dəfə azdır.
Bu fotoşəkil Kubada deyil, Almaniyada – Hessen əyalətinin Lorş şəhərində çəkilib. Burada artıq tütün yığımına başlanılıb.