Aprelin 28-29-da Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Dogu Universitetində "Türk mədəniyyəti, sənəti və mədəni mirası" mövzusunda 19-cu ənənəvi beynəlxalq simpoziumu keçiriləcək.
“İki sahil” xəbər verir ki, diqqət çəkən odur ki, Azərbaycan, Türkiyə, Macarstan, Albaniya, Şimali Makedoniya, Qazaxstan, Özbəkstan, Moldova və Almaniyanı təmsil edən 14 universitet, elm mərkəzi və mədəni irs təşkilatının təşkilatçılıgı ilə keçrilən bu simpozium Azərbaycanın görkəmli arxeoloq alimi, professor Qafar Cəbiyevə həsr olunub.
Belə bir mötəbər elmi tədbirin Azərbaycan aliminə həsr edilməsi bütövlükdə ölkəmizə və Azərbaycan elminə beynəlxalq səviyyədə olan hörmət və rəgbətin göstəricisidir.
“Yeşil İğdır” qəzetinin baş redaktoru: Qarabağa hər səfərimdə yeni bir inkişaf görürəm
Şeyxülislam: Azərbaycan dini tolerantlıq və multikultural həyat tərzi baxımından dünya dövlətləri üçün örnəkdir – MÜSAHİBƏ