Massasuçest ştatında yerləşən Pokaset çayında aşkarlanan neft çirklənməsinin səbəbi hələ də məlum deyil.
“Bourne Deputy Fire” departamentinin başçısı David S Pelonzinin tədqiqatçılara verdiyi məlumata görə, baş verən sızmanın səbəbi və çaya tökülən neftin həcmini müəyyənləşdirmək mümkün olmayıb.
David S Pelonzi “sızmanın çaya töküldüyü ərazini tapmaq mümkün deyil”, - deyə vurğulayıb.
Sızma keçən həftənin cümə günündə “Bourne Deputy Fire” departamenti tərəfindən axşam saat 19.12 radələrində aşkar olunub.
“İki sahil” “capenews.net” saytına istinadən xəbər verir ki, şənbə günü axşam sözügedən ərazidə təmizlənmə işlərinə başlanılsa da, əməliyyatlar yarımçıq saxlanılıb.