14 avqust 2018 21:30
1298

Total payını satıb

Parisin “Total  Gabon” neft şirkətləri qrupu Qabonun cənub-qərbində yerləşən “Rabi-Kounga” yatağındakı 32.9% payı müqavilə üzrə 100 milyon dollara satıb.

Qeyd edək ki, şirkətin özü  Fransanın neft nəhəngi hesab olunan  “Total” tərəfindən idarə olunur  və sözügedən pay “Assala Upstream Gabon S.A” şirkətinə satılıb. 

“İki sahil” “reuters.com” saytına  istinadən xəbər verir ki, nəzərdə tutulan bütün şərtlər sərəncamda öz əksini tapıb. Şirkətin payını satmasının səbəbi hələ ki məlumolmasa da, bu ayın əvvəlində  “Gabon” işçilərinin  tətil etməsi şirkətin payını satması səbəbləri sırasındadır.