15 avqust 2018 16:34
1077

Liviya neft hasilatını artırır

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan Liviya neft istehsalını artırmaq niyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Liviya gündəlik 1 milyon barreldən çox neft istehsal edəcəyini açıqlayıb.

OPEC-in sonuncu aylıq hesabatına görə, iyulda Liviyanın neft hasilatı iyun ayı ilə müqayisədə 56 min 700 barrel azalaraq sutkada 664 min barrelə düşüb.