Misir gələn ilin yanvarından təbii qaz ixracını bərpa edəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Misir bu ilin oktyabr ayından etibarən isə daxili tələbatı ödəmək üçün təbii qaz idxalını dayandıracaq.
Misirin neft naziri Tarek El-Molla deyib ki, ölkəsi oktyabr ayından etibarən azalan daxili istehsal və artan enerji tələbatı ilə əlaqədar təbii qaz idxalını dayandıracaq: “Bu, təbii qazda özünü təminatın başlanğıcı olacaq və biz 2019-cu ilin yanvarından qaz ixrac etməyə başlayacağıq”.