Fransanın “Total” neft-qaz şirkətinin Şimal dənizdə çalışan işçiləri tətil edəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Total”ın Şimal dənizdəki neft və qaz platformalarında çalışan işçiləri sentyabr-oktyabr aylarında tətil keçirməyi planlaşdırır. Bu platformalarda çalışan işçilərin üzv olduğu və onların hüquqlarını qoruyan “Unite” Birliyi sentyabr-oktyabr aylarında ümumilikdə 5 gün olmaqla 12 saatlıq tətil keçirəcək.
Tətillərin sentyabrın 3-ü və 17-si, eləcə də oktyabrın 1-i, 15-i və 29-da keçiriləcəyi açıqlanıb.