Ukraynanın Xarkov vilayətində iri qaz yatağı aşkar edilib.
Milli.Az Report-a istinadən xəbər verir ki, Peqedovksaya meydançasındakı qaz ehtiyatları 7 mlrd. kub metr təşkil edir.
Yataq 5 min metr dərinlikdə yerləşir və quyunun yoxlanılması zamanı oradan 200 min kub metr qaz çıxarılıb.
Hazırda yataqda hasilata başlanılması ilə bağlı müvafiq işlər və araşdırmalar aparılır.