24 avqust 2018 16:44
1782

SOCAR daha bir YDM-də sıxılmış təbii qazın satışına başlayıb

Bu gündən etibarən “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfində yerləşən “SOCAR” brendli yanacaqdoldurma məntəqəsində istehlakçılar üçün sıxılmış təbii qazın (STQ) satışına başlayıb.

Şirkətfən Trend-ə verilən məlumata görə, bununla da “SOCAR PETROLEUM” QSC-yə məxsus STQ satışını həyata keçirən YDM-rin sayı 3-ə çatıb.