27 avqust 2018 19:23
1210

ABŞ “Brent” və “Light”ın ötənilki orta qiymətini açıqlayıb

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) “Brent” və “Light” neftinin ötənilki orta qiymətlərini açıqlayıb.

AZƏRTAC EIA-ya istinadla xəbər verir ki, 2016-cı ildə bir barrelinin orta qiyməti 43,74 dollar olan “Brent” markalı xam neftin ötənilki orta qiyməti 54,15 dollar/barrel olub. “Light” markalı xam neftin orta qiyməti 2016-cı ildə 43,33 dollar olduğu halda keçən il bu göstərici 50,79 dollar/barrel təşkil edib.

Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 75,45 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 68,40 dollara alıcı axtarır.