Bu ilin ilk yarısındakı neft-qaz kəşfləri keçən ilə nisbətən təxminən 30 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzi ofisi Osloda yerləşən “Rystad Energy” enerji şirkəti məlumat yayıb. Bildirilir ki, ilin birinci yarısındakı kəşflər hazırda təqribən 4,5 milyard barrel neft ekvivalentini üstələyib: “Belə ki, 2017-ci ilin müvafiq dövründəki 625 milyon neft ekvivalenti ilə müqayisədə bu ilin birinci yarısında 826 milyon neft ekvivalenti kəşf həyata keçirilib. İlin ilk altı ayı ərzində ümumi kəşf edilən resurslara görə Qayana ilk sırada qərarlaşıb. Daha sonrakı pillələrdə ABŞ, Oman və Norveç yer alıb”.