29 avqust 2018 17:02
1050

“LUKoil” və “Romgaz” Qara dənizdə təbii qaz axtaracaq

Rusiyanın “LUKoil” neft şirkəti və Rumıniyanın təbii qaz istehsalçısı olan “Romgaz” şirkəti ilə Qara dənizdə üç neft və qaz kəşfiyyat quyusu qazacaq.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “LUKoil”un törəmə şirkəti olan “LUKoil Overseas” və “Romgaz” Qara dənizdə axtarışlara başlayıb. Həmin şirkətlər üç il əvvəl dənizdə təxminən 30 milyard kubmetr təbii qaz aşkar edib.

Hər iki şirkət əvvəlcə “Trident” yatağı ətrafında üç kəşfiyyat quyusu qazacaq. Qazma işləri uğurla başa çatdıqdan sonra yataqdan çıxarılacaq təbii qazın Rumıniyanın tələbatını təxminən 3 il təmin edəcəyi nəzərə tutulur.

Yataqda “LUKoil”un payı 87,8 faiz, “Romgaz”ın payı isə 12,2 faizdir.