29 avqust 2018 17:17
1077

Venesuela neft hasilatını artırmağı hədəfləyir

Neft istehsalında çətinliklər yaşayan OPEC-ə üzv Venesuelanın dövlət neft şirkəti “PDVSA” (“Petroleos de Venesuela”) 430 milyon dollarlıq yeni müqavilə imzalayıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “PDVSA” ölkədəki 14 neft yatağı üçün 430 milyon dollarlıq investisiya müqaviləsi imzalayıb. Bu müqavilə sayəsində gündəlik neft istehsalının 640 min barrelə çatdırılması nəzərdə tutulur.