OPEC razılığı çərçivəsində ölkələr bu ilin iyul ayı ərzində neft hasilatının azaldılması ilə bağlı götürdüyü öhdəlikləri 109% yerinə yetirib.
"Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə OPEC nazirlər səviyyəsində olan monitorinq komitəsinin məlumatlarında deyilir.
Məlumata əsasən, nail olunan göstəricilər 2018-ci ilin iyunun 23-də OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlər səviyyəsində keçirilən dördüncü iclasında qoyulan məqsədlərə çatmasını göstərir.