“İki sahil” youralaskalink.com saytına istinadən xəbər verir ki , ABŞ-ın Alyaska ştatındakı Şuyak adasından bir qədər kənarda yerləşən gözətçi məntəqəsində neft sızması qeydə alınıb.
“Kodiak Daily Mirror” agentliyinin məlumatına görə, Sahil Gözətçiliyi tərəfindən neft sızmasının qeydə alınan ərazinin inzibatçısı Mark Krala ərazidə qanunsuz mülkiyyətin saxlanılmasına icazə verilib. Kral Sahil Gözətçiliyi tərəfindən əslində neft saxlanılmasına icazə verilməyən müvəqqəti rezin çəndə neft saxlama səlahiyyətinə sahib olduğunu bildirib. Həmin müvəqqəti rezin çənin saxlanıldığı ərazidə baş verən güclü fırtına zamanı 3000 qallon neft çəndən sızaraq çimərliyə və qonşu ərazilərə axıb.
Qeyd edək ki, sızmanın baş verdiyi adada hazırda təmizlənmə işləri aparılır və indiyədək bu əməliyyatlara 9 milyon dollar vəsait xərclənib.