Hindistanın Port Pek Rezervuarın mərkəzində yerləşən “Anadarko Minerals Inc” şirkəti tərəfindən idarə oluan neft quyusunda kəskin neft sızması qeydə alınıb. Sızmanın həcmi “Tribes’ Office” Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən qeydə alınıb. Sızmanın yerini ərazidəki heyvandarlıq təsərrüfatının sahibi müəyyən edib.
“İki sahil” .ktvh.com saytına istinadən xəbər verir ki, sızmanın baş verdiyi vaxt məlum deyil.
Qeyd edək ki, quyuda ən son qazma əməliyyatı 2017-ci ilin dekabrının sonunda aparılıb. “Land Management” bürosunun və Port Pekin rəsmilərinin verdikləri məlumata görə, quyudan 600 barrel neft sızaraq ətrafa yayılıb.