03 sentyabr 2018 15:34
1629

Dənizlə üzərək ölkəni tərk edən qız saxlanıldı

Türkiyədən Yunanıstana qaçarkən Ege Dənizindən üzərək keçən suriyalı üzgüçü Yunanıstanda saxlanılıb.

Milli.Az Sputnik Türkiyə-yə istinadla xəbər verir ki, Yunanıstana qaçarkən Ege dənizini üzüb keçməsi ilə bütün dünya mediasının diqqətini çəkən suriyalı üzgüçü Sarah Mardini Yunanıstanda insan qaçaqçılığında günahlandırılır.

2015-ci ildə qayıqları batdığına görə qardaşı ilə birlikdə Ege dənizini üzərək keçən Sarah Mardini miqrantlara qanunsuz formada yardım etdiyinə görə saxlanılıb.